Türkiyə ordusu İraqda Narıncı kateqoriyada axtarışda olan terrorçu Ciyan Opçini öldürüb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Hakkarinin Çukurca rayonu ilə üzbəüz İraq ərazisində yerləşən Metina vadisində həyata keçirilən əməliyyatda PKK-nın dağ dəstəsində 10 ildir terror fəaliyyəti həyata keçirən Ciyan Opçin əməliyyat zamanı öldürülüb.
Belə ki, terrorçu Daxili İşlər Nazirliyinin ən çox axtarılan terrorçular siyahısında Narıncı kateqoriyasında 1 milyon lirə mükafatla axtarışa verilib.
Bildirilib ki, terrorçuların cəsədlərində və bel çantalarında bölgədə mövqe tutan türk əsgərlərinə qarşı çoxsaylı hücum cəhdləri ilə bağlı sadə eskizlər və hücum planları da ələ keçirilərək deşifrə edilib.
Mina Mikayılova













