• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ dövlət katibi: "Ayşənurun öldürülməsi qeyri-qanunidir"

DÜNYA

11 Sentyabr 2024 | 11:09 | Müəllif: Gülşən Şərif

ABŞ dövlət katibi: "Ayşənurun öldürülməsi qeyri-qanunidir"

"Türk əsilli ABŞ vətəndaşı, gənc fəal Ayşənur Ezgi Eyginin İsraildə öldürülməsi əsassız və qəbuledilməzdir".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

İsrailin Ayşənurun öldürülməsi ilə bağlı hadisəni təsadüfi adlandırmasını dəyərləndirən Blinkenə görə, Ayşənurun öldürülməsi həm səbəbsiz, həm də qeyri-qanunidir:

"İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki əməliyyatlarını kökündən dəyişdirməlidir. Biz İsrail təhlükəsizlik qüvvələrinin fələstinlilərə qarşı hədsiz güc tətbiq etdiyini gördük. Artıq ikinci ABŞ vətəndaşı İsrail qüvvələrinin əli ilə öldürülüb. Bu, qəbuledilməzdir".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026