• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

NATO-nun Vilnüs sammitinə nə qədər hərbçi cəlb ediləcək?

DÜNYA

03 Iyul 2023 | 13:42

NATO-nun Vilnüs sammitinə nə qədər hərbçi cəlb ediləcək?

Litva ordusu 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək NATO sammitinin mühafizəsi üçün 3000-ə yaxın hərbçi cəlb edəcək. Bundan əlavə, daha 1000-ə yaxın hərbçi NATO müttəfiqləri tərəfindən Litvaya göndəriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu gün Litva Silahlı Qüvvələrinin mühafizə bölmələrinin rəisi polkovnik-leytenant Lyutauras Baqotsyunas mətbuat konfransında bildirib.

O qeyd edib ki, Zirvə görüşünə 48 xarici nümayəndə heyəti gələcək, onların tərkibinə 2,4 min nəfər, o cümlədən 40-a yaxın dövlət başçısı daxildir.

“Uzaq mənzilli “Patriot” raket sistemləri, NASAMS orta mənzilli raket sistemləri, kimyəvi, bioloji, radioloji və nüvə müdafiəsinin birgə bölməsi artıq Litvaya gəlib”, - Baqotsyunas bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR