• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Naxçıvan-Sədərək yolunda qəza: xəsarət alanlar var - FOTO

HADİSƏ

27 Mart 2024 | 16:48

Naxçıvan-Sədərək yolunda qəza: xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Kəngərli rayonu ərazisində qeydə alınıb. Sədərək rayon sakini 1967-ci il təvəllüdlü Əhmədov İlqar Rzaqulu oğlunun idarə etdiyi 68-BF-363 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobillə Kəngərli rayonu Xok kənd sakini Adıgözəl Bağırovun idarə etdiyi 74-BA-593 dövlət nömrə nişanlı, "VAZ2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində, hər iki sürücü xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

26 Aprel 2024