• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Naxçıvanda  vergi daxilolmaları ARTIB

CƏMİYYƏT

26 Oktyabr 2023 | 14:08

Naxçıvanda vergi daxilolmaları ARTIB

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 42% çox olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

O, həmçinin xatırladıb ki, 9 ay ərzində bölgədə ümumi vergi daxilolmaları isə keçən ilə nisbətən 35% artıb və 120,6 milyon manat təşkil edib.

“Dövlətin maliyyə resurslarından qənaətlə istifadə olunmasının, bu sahədə şəffaflığın və səmərəliliyin artırılmasının, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının genişləndirilməsi daim diqqətdə saxlanılıb. Bu ilin ötən dövrü ərzində 11 halda təkliflər sorğusunda istifadəyə razılıq verilib, 283 kotirovka sorğusunun və 96 açıq tenderin yekun protokollarına qanunvericiliyə müvafiq olaraq baxılıb və İqtisadiyyat Nazirliyində qeydiyyata alınıb”, - deyə nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR