• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Naxçıvanda yanğında 15 baş heyvan tələf oldu

HADİSƏ

19 Avqust 2023 | 15:16 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda yanğında 15 baş heyvan tələf oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Cəhri qəsəbəsində yardımçı tikiliyə yığılan ot bağlamalarında yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Naxçıvan şəhər və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

İlkin məlumata görə, hadisə nəticəsində 14 quzu 1 dana tələf olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR