Azərbaycan, Qazaxıstan və Özbəkistanla üçtərəfli görüşlərə xüsusi önəm veririk və buna davam edəcəyik.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
Çavuşoğlu sabah Səmərqənddə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə bir sıra sənədlərin imzalanacağını vurğulayıb.
O, TDT-nin Naxçıvan Sazişində dəyişiklik edilmək ehtimalının olduğunu deyib.
Səbuhi Elnur
















