• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nazir DTX əməliyyatı zamanı harada olub? - RƏSMİ CAVAB - YENİLƏNİB

CƏMİYYƏT

02 Noyabr 2022 | 11:27

Nazir DTX əməliyyatı zamanı harada olub? - RƏSMİ CAVAB - YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimov ezamiyyətdə olub.

Bunu Bakıvaxtı.az-a  nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib.

“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”

O qeyd edib ki, vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir.

"Çünki iş icrası təkcə inzibati binada olmur",- deyə N.Allahyarova bildirib.

Qeyd edək ki, DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev və nazirliyin Protokol şöbəsinin rəisi Kamil Rzayev istintaqa cəlb olunublar.

***

10:09

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.  

Bakıvaxtı.az xəbər verir ki, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb. Lakin A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova “unikal”a açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib. O bildirib ki, nazir hazırda iş başındadır.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026