• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Nazir Sumqayıtdakı yanğın hadisəsindən DANIŞDI

CƏMİYYƏT

29 Aprel 2022 | 01:33 | Müəllif: Subhan Mahmudov

Nazir Sumqayıtdakı yanğın hadisəsindən DANIŞDI

Yanğınla bağlı məlumat saat 17:26-da daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt şəhərində yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, doqquz dəqiqədən sonra ilk yanğınsöndürmə maşınları cəlb olunub:

“Yanğının ciddiliyi nəzərə alınaraq ən yüksək dərəcəli yanğısöndürmə tapşırığı verilmişdi. 35 yanğınsöndürmə avtomobili cəlb olunmuşdu. Daha sonra isə 2 helikopter. Onlar hava qaralana qədər burada işlədilər. Bilirsiniz ki, axşam olanda helikopterlə çalışa bilmirlər”.

Nazir bildirib ki, ilkin ehtimala görə, yanğın sahəsinin kənarında kardon tullantılar olub və yanğının oradan başladığı ehtimal edilir:

“Məhzənin özünün kameralarında bu var”.

O qeyd edib ki, xəsarət alan və ya yanğından zəhərlənən olmayıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026