• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Neftçi" səfərdə "Sabah"a qalib gəldi

İDMAN

26 Sentyabr 2021 | 19:11 | Müəllif: Subhan Mahmudov

"Neftçi" səfərdə "Sabah"a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, turun ikinci oyun gününün ilk görüşündə "Sabah" "Neftçi"ni qəbul edib. "Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda ilk qol 20-ci dəqiqədə vurulub. Sabir Buqrinin zərbəsindən sonra Ramon Maçadoya dəyən top tora daxil olub. Bu, Maçadonun ardıcıl ikinci matçda ikinci qolu olub.

"Neftçi" ikinci qoluna 78-ci dəqiqədə əks-hücumun yekununda imza atıb. Bu dəfə Mamadu Kane fərqlənib.

"Sabah"ın təsəlli qolunu isə 81-ci dəqiqədə uzaqdan zərbə ilə Aleksey İsayev vurub.

Beləliklə, xalını 10-a çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu pillədə qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026