• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

İDMAN

25 Oktyabr 2021 | 23:31 | Müəllif: Subhan Mahmudov

“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

Türkiyə Super Liqasında X tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, qapanış matçında mövsümün ilk İstanbul derbisi baş tutub.

Son çempion “Beşiktaş” gümüş mükafatçı “Qalatasaray”ı qəbul edib. “Vodafon Park”dakı qarşılaşmada hesabı “cim-bom” açıb. Aleksandru Çiçaldaunun 35-ci dəqiqədəki qoluna 4 dəqiqə sonra Kayl Larin cavab verib. Larinin 64-cü dəqiqədə dublu “Beşiktaş”a əzmkar qələbə qazandırıb – 2:1. Qonaqlarda isə Mustafa Məhəmməd 81-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Qələbə sayəsində aktivindəki xalların sayını 20-yə yüksəldən “Beşiktaş” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Qalatasaray” isə 17 xalla 8-ci yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026