• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qarabağ"ın 16 oyunluq uğurlu seriyasına son qoyuldu

İDMAN

25 Oktyabr 2021 | 22:43 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın 16 oyunluq uğurlu seriyasına son qoyuldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son görüşündə "Qarabağ" "Səbail"in qonağı olub. "ASCO Arena"dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla "Qarabağ"ın cari mövsümdə ilk məğlubiyyəti olub. Eyni zamanda, "Qarabağ"ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu nəticədən sonra "Qarabağ" 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran "Səbail" isə 5-ci pilləyə yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR