• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Neftçi” “Zirə”ni məğlub etdi

İDMAN

23 Oktyabr 2021 | 20:34 | Müəllif: Subhan Mahmudov

“Neftçi” “Zirə”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Neftçi” “Bakcell Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini qoruyub. 12 xalı olan “Zirə” isə 3-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk qarşılamasında “Sabah” evdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib. Turun digər 2 matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, “Qəbələ” səfərdə “Keşlə” ilə, “Qarabağ” isə “Səbail” ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026