• Bakı 17° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Hazard bu matçı buraxacaq

İDMAN

22 Noyabr 2021 | 18:19 | Müəllif: Subhan Mahmudov

Hazard bu matçı buraxacaq

“Real”ın futbolçusu Eden Hazard daha bir oyunu buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Şerif”lə qarşılaşmada iştirak etməyəcək. Buna səbəb hazardın səhhətində problemlər olmasıdır. Belçikalı oyunçuda qastroenterit sindromunun yaranıb. İspaniya La Liqasının 14-cü turunda “Qranada” ilə matçı (4:1) buraxan Hazardı Moldova çempionu ilə qarşılaşmaya yetişdirmək də mümkün olmayıb. Onun nə zaman sağalacağı hələ bəlli deyil.

Qeyd edək ki, “Şerif” – “Real” matçı noyabrın 24-də Tiraspolda keçiriləcək.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR