• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paracüdo üzrə dünya çempionatı Azərbaycana verilib

İDMAN

22 Dekabr 2021 | 11:08

Paracüdo üzrə dünya çempionatı Azərbaycana verilib

2022-ci ildə paracüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən (MPK) Bakıvaxtı.az-a verilən məlumata görə, yarış 7 - 9 noyabrda təşkil olunacaq.

Mundial MPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Dünya çempionatında 40-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.

Yarış 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.

Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR