Fransa Liqa 1-də 15-ci tur çərçivəsində oynanılan “Lion” – “Marsel” görüşü yarımçıq dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb yerli azarkeşlərin rəqib futbolçulara yad əşyalar atması olub.
Belə ki, qarşılaşmanın 5-ci dəqiqəsində Dmitri Payet künc zərbəsini yerinə yetirərkən azarkeşlərdən biri onun başına su qabı atıb.
Nəticədə matç təxirə gedib.
















