• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Nərə balığı satanlar cəzalandırıldı

CƏMİYYƏT

01 Noyabr 2021 | 14:36 | Müəllif: Subhan Mahmudov

Nərə balığı satanlar cəzalandırıldı

Xaçmazda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Xudat şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı şəhər sakinləri Ramin Ağamalıyev və Elvin Yaqubov tərəfindən ovlanması qanunla qadağan olunmuş nərə balıqlarının satılması faktı aşkar olunub.

"Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbir görülüb".

H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR