• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bərdə sakinlərindən “patı” götürülüb

CƏMİYYƏT

01 Dekabr 2021 | 13:33 | Müəllif: Subhan Mahmudov

Bərdə sakinlərindən “patı” götürülüb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvəllər məhkum edilmiş Asəf Mirzəyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman külli miqdarda “patı” adlandırılan psixotrop maddə-metamfetamin və heroin aşkar edilərək götürülüb.

Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Xətai Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026