İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə baş verən terror aktında HƏMAS-ı günahlandırıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Xatırladaq ki, terrorçuların Yerusəlimin girişindəki avtobus dayanacağına hücumu nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər zərərsizləşdirilib.