• Bakı 14° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Netanyahu Nazirlər Kabinetinin iclasını çağırır

DÜNYA

09 Oktyabr 2025 | 09:05

Netanyahu Nazirlər Kabinetinin iclasını çağırır

İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS-la əldə olunan atəşkəs razılaşması ilə bağlı sosial mediada açıqlama yayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Netanyahu Nazirlər Kabinetinin sabah toplanacağını bildirib. O, Qəzzada saxlanılan israilli məhbusların geri qaytarılması üçün Misirdə əldə olunan atəşkəs razılaşmasını təsdiqləyəcəyini açıqlayıb.

Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa göstərdiyi səylərə görə təşəkkür edib.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

06 Noyabr 2025