• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Netanyahudan GÖSTƏRİŞ: MOSSAD onları geri çağırdı

DÜNYA

02 Dekabr 2023 | 23:33 | Müəllif: Subhan Mahmudov

Netanyahudan GÖSTƏRİŞ: MOSSAD onları geri çağırdı

HƏMAS-la İsrail arasında aparılan danışıqların dalana dirənməsinə görə MOSSAD rəsmiləri Qətərdən geri çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bildirilib ki, Baş nazir Benyamin Netanyahunun göstərişi ilə MOSSAD-ın rəhbəri David Barnea Dohadakı komandasına İsrailə qayıtmağı əmr edib.

Həmçinin vurğulanıb ki, HƏMAS razılaşmanın bütün uşaq və qadınların azad edilməsini nəzərdə tutan hissəsini yerinə yetirməyib.

Qeyd edək ki, 24 noyabrda Qəzza zolağında başlayan atəşkəs dekabrın 1-də bitib və hərbi əməliyyatlar bərpa olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026