• Bakı 23° C

    6.99 m/s

Neymar 11 aydan sonra meydana çıxa bilər

İDMAN

15 Oktyabr 2024 | 11:32

Neymar 11 aydan sonra meydana çıxa bilər

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar oktyabrın 21-də Asiya Çempionlar Liqasında BƏƏ təmsilçisi "Əl-Əyn"lə oyunda meydana çıxa bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Zədə səbəbindən 2023-cü ilin oktyabrından bəri futbol oynamayan 32 yaşlı ön xətt oyunçusu sentyabrda komandası ilə birlikdə məşqlərə başlayıb. Həmçinin yaxın günlərdə Braziliya millisinin həkimi Neymarın fiziki vəziyyətini qiymətləndirmək üçün Səudiyyə Ərəbistanına gələcəyi bildirilib. Testlərin nəticələri müsbət olarsa, o, DÇ-2026-nın təsnifat mərhələsindəki oyunlar üçün yığmaya dəvət ala bilər.

Qeyd edək ki, "Əl-Hilal"ın heyətində cəmi 5 oyunda meydana çıxan futbolçu ötən il diz bağlarından ciddi zədə alıb və artıq 11 aydan çoxdur ki, futbol oynamır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026