• Bakı 22° C

    10.42 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Niyama QADAĞA: “Getsin başqa mahnı oxusun”

MƏDƏNİYYƏT

02 Aprel 2024 | 09:35

Niyama QADAĞA: “Getsin başqa mahnı oxusun”

“Gülüm-gülüm” mahnısına görə qalmaqal yaşayan müğənni Niyam Salami və meyxanaçı Elnur Valeh növbəti dəfə üz-üzə qalıblar.

Bakıvaxtı.az xəbər verir ki, “Elgizlə izlə” verilişində Elnur Valehin Niyam Salamiyə göndərdiyi səslər yayımlanıb.

Elnur Niyama göndərdiyi səslərdə bunları deyir:

“Mənə də fəxr olar ki, Niyam Salami kimi xalq artistləri, əməkdar artistlərin mahnılarını oxuyan bir sənətçi mənim də mahnılarıma müraciət edir. Mənim üçün bu fəxrdir”.

Səsləri eşidən meyxanaçı sözügedən mesajları reanimasiyada olarkən göndərdiyini bildirib:

“Mən o səsləri reanimasiya otağında göndərmişəm. Xəstəxanadan çıxandan sonra isə Niyama yığıdım ki, “gəl, görüşək, bir çay içək. O da “sən kimsən?” deyərək görüşməkdən imtina etdi. Buna görə də mahnını “Youtube”dən sildirdim. Niyam bu mahnı ilə yetəri qədər pul qazandı. Mənim istəyim isə faizimin verilməsidir. Mənə başqa nəsə lazım deyil”.

Elnur barışıq şərtlərini də açıqlayıb:

“Gəlsin, 20 min manat versin, barışaq. Mən ona başqa mahnının halallığını vermişdim. Üzr istəyirəm, 20 mini zarafata dedim. Niyam gedib başqa mahnılar oxusun”.

Qeyd edək ki, Elnur Valeh bəstəsi olan “Gülüm-gülüm” mahnısını icazəsiz oxuyan Niyam Salamini “Youtube”yə şikayət edərək, mahnının onun ifasında səslənən versiyasını sildirib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

15 Iyun 2025