• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Allergiya ömür boyu insanları niyə NARAHAT EDİR?

CƏMİYYƏT

19 Fevral 2024 | 12:12

Allergiya ömür boyu insanları niyə NARAHAT EDİR?

Allergiyanın bir insanı həyatı boyu niyə müşayiət edə biləcəyi məlum olub.

Bakıvaxtı.az xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə Nyu Yorkdakı Mount Sinai Xəstəxanasındakı Icahn Tibb Məktəbindən pediatr, immunoloq və allerqoloq Maria Curotto De Lafaille və McMaster Universitetinin ( Kanada ) Tibb professoru Coşua Koeniq açıqlama yayıb.

Məlumata görə,uzun müddət davam edən allergiya insan orqanizmindəki xüsusi immun hüceyrələrinin uzun müddət ərzində immunoqlobulin G (IgG) adlı bir növ antikor istehsal etmə qabiliyyəti ilə əlaqələndirilir.

Mütəxəssislərin fikrincə, uzunmüddətli allergiya ilə əlaqəli xüsusi hüceyrələr adətən virusları və bakteriyaları xatırlayan və allergenlə qarşılaşdıqda IgG antikorlarını buraxan yaddaş B hüceyrəsinin bir növüdür. IgE adətən qısa ömürlü plazma hüceyrələri tərəfindən bədənin ilk müdafiə xətti kimi istehsal olunur.

Son tədqiqatlar göstərir ki, IgG antikorları başqa bir immun hüceyrə növü, məsələn, allergenləri "yadda saxlamağa" qadir olan xüsusi B hüceyrələri (limfositlər) tərəfindən də istehsal oluna bilər.

Maria Curotto De Lafaille izah edib ki, bu "yaddaş hüceyrələri”nin bəzi alt tipləri uzunömürlüdür - onlar insan orqanizmində uzun müddət və hətta ömür boyu qala bilərlər. Bu, hər yaşda və istənilən vaxt insanlarda allergik reaksiyaların mümkünlüyünü müəyyən edir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026