• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Niyə pul yığa bilmirik?

CƏMİYYƏT

22 Avqust 2022 | 11:38 | Müəllif: Qalib İbrahimoğlu

Niyə pul yığa bilmirik?

Adətən yaşlı nəsillə söhbət edərkən, “bir kəfənlik pulum belə yoxdu. Əvvəllər pul yığa bilirdim, indi isə dal günə bir qəpik də atmaq olmur” deyə gileylənirlər. Ümumiyyətlə, pul yığa bilməməyin psixoloji səbəbləri də varmı?

Psixoloq Nizami Orucov Bakıvaxtı.az-a bildirib ki, bunun sırf psixoloji problem kimi adı yoxdur: “Amma insanın pul yığa bilməməyinin bir çox səbəbləri var. Bunlardan da biri maliyyə savadının, yəni büdcənin idarə edilməsi haqqında məlumatların olmamasıdır”.

Normalda insanın bir neçə büdcəsi olmalıdır: hazırki xərclər, çətin gün üçün ayrılan, investisiya üçün yığa biləcəyi büdcə. Bütün bunlardan bir çox insan xəbərsizdir. Bu gün bir çox insan pulu qazanır və dərhal xərcləyir. Elə bil bu gün var, sabah yoxdur kimi yanaşırlar. Halbuki nəzərə alınmalıdır ki, hər bir insan işindən, sağlamlığından ola bilər. Yəni, bir insan sağlamlığından olub əmək qabiliyyətini itirə bilər. Bunlar olmasa belə, hər bir insana həyatının müəyyən dövründə təhsil və özünü inkişaf üçün büdcə lazım olur”.

Psixoloq vurğulayıb ki, insanlar bu şəkildə yanaşdıqları üçün pulu xərcləyirlər: “Onu da qeyd edim ki, çox vaxt insanlar pulu lazımsız yerlərə, ehtiyacdan artıq xərcləyirlər. Bəziləri pulu status kimi görür deyə pul ilə əldə edə biləcəyi şeylərlə özünü təstiq etməyə çalışır. Bu da digər prblemlərə yol açır”.

Onun sözlərinə görə, digər insanların pul yığa bilməməyinin səbəbi isə az maaş alması, gəlirin az olmasını pul yığmamaq üçün bəhanə etməsi, pulu düzgün istiqamətlərdə xərcləyə bilməməsi, hər hansı məqsədinin olmamasıdır.

 Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026