İstanbulda polis qruplarına əsəbiləşən, bıçaqla hücum edərək avtomobilini yandıran sürücü güllələnib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırma edən polis qrupları, içərisində iki nəfərin olduğu avtomobili saxlayıb. Avtomobilinin girovda olması səbəbilə sürüşə qadağa qoyulacağını öyrənən sürücü Yavuz Gənc və yanındakı şəxs hərəkətə keçən polis qruplarına reaksiya göstərib.
Gənc sürücü avtomobilini yandırıb və daha sonra polisə bıçaqla hücum edib. Polis havaya atəş açıb. Bütün xəbərdarlıqlara baxmayaraq, dayanmayan sürücü vurularaq zərərsizləşdirilib.
Daha üç nəfər də güllələrdən yaralanıb.
Xəstəxanaya aparılan Yavuz Gençi xilas etmək mümkün olmayıb.
Digər hücumçu isə nəzarətə götürülüb. Bildirilib ki, 3 yaralının müalicəsi davam edir.
İstanbul Valiliyi hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Nuranə Daxilqızı
















