• Bakı 30° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Norveçin Baş naziri Kiyevə GETDİ

DÜNYA

25 Avqust 2025 | 11:32

Norveçin Baş naziri Kiyevə GETDİ

Norveçin Baş naziri Yonas Qar Stere elan olunmamış səfərlə Kiyevə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermak teleqram kanalında məlumat yayıb.

O, Y.Sterenin Kiyevə gəlişinin kadrlarını paylaşıb.

"Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə Norveçin Baş naziri Yonas Qar Stereni qarşıladıq", - A.Yermak yazıb.

O qeyd edib ki, Norveç həmişə Ukrayna xalqını dəstəkləyir.

Xatırladaq ki, avqustun 25-də Almaniyanın maliyyə naziri, vitse-kansleri Lars Klinqbayl da Kiyevə səfər edib.


SON XƏBƏRLƏR

24 Avqust 2025