• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Novruz bayramında bu tarixlərdə iş olmayacaq

CƏMİYYƏT

20 Fevral 2023 | 11:37

Novruz bayramında bu tarixlərdə iş olmayacaq

Qarşıdan gələn Novruz bayramında 5 gün qeyr-iş günü olacaq.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.

Qeyd edək ki, sabah ilk çərşənbə - Su çərşənbəsidir. Fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı martın 20-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026