• Bakı 18° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

O məktəbdə 3 sanitar qovşağı varmış, amma... - VİDEO

CƏMİYYƏT

09 Yanvar 2023 | 13:27 | Müəllif: Qalib İbrahimoğlu

O məktəbdə 3 sanitar qovşağı varmış, amma... - VİDEO

Xəbər verildiyi kimi, İmişli rayon Aranlı kənd tam orta məktəbində müəllim dərsi boykot edib.

Bakıvaxtı.az xəbər verir ki, həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib.

Məsələylə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayonu Aranlı kənd tam orta məktəbində 3 sanitar qovşağı var: “Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq”.

Qeyd edilib ki, 2022-ci il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan 11 ümumi təhsil müəssisəsinin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb. Eyni zamanda İmişli rayonu üzrə 5 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib, 2 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb.

Yayılan məlumatlara görə, L.Nəcəfquliyevanın bu paylaşımından sonra ona töhmət verilib.

Mil-Muğan Regional Təhsil İdarəsi bu məsələyə də aydınlıq gətirib: “Məlumat üçün bildirək ki, həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib”.

Bu arada, deputat Fazil Mustafa İmişli rayonu Aranlı kənd məktəbinin müəlliminin müdafiəsi qalxıb.
“Bu cəsur və qeyrətli müəlliməyə əhsən! Sağ ol, Azərbaycanın ləyaqətli və övladlarımızın taleyinə biganə qalmayan müəlliməsi! Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma, ver məhkəməyə, hüquqi müdafiəniz üçün nə lazımsa şəxsi vəsaitim hesabına bütün dəstəyi verəcəyəm. Bir də danışın, kəndin nüfuzlu və dürüst adamlarından bir neçəsi qabağa düşsün, o məktəbin tualetinin tikintisi üçün tanıdığım imkanlı adamlara müraciət edəcəyəm ki, yardım etsin. Öz maaşımdan da bu tikintiyə yardım edəcəyəm. Təcili bu problem həll olunmalıdır. Təki Azərbaycan övladları təhsildə geri qalmasınlar”.

Millət vəkili artıq məsələ ilə bağlı aidiyyatı şəxslərlə danışıqlara başladığını da əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR