Bakıda 4-cü sinif şagirdinin itkin düşməsilə bağlı rəsmi açıqlama yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, 220 nömrəli məktəb-liseydən verilən məlumata da qeyd olunur ki, itkin düşən şagird fərdi təhsil sinfində təhsil alırmış:
“Fevralın 6-da 220 nömrəli məktəb-liseyin 4t (fərdi təhsil) sinfində təhsil alan 1 nömrəli Uşaq evinin sakini (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) birinci dərs bitdikdən sonra tənəffüs zamanı məktəbin digər korpusuna keçərək binadan çıxıb və məktəb ərazisini tərk edib.
Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına və Uşaq evinə məlumat verilib”. /Qafqazinfo
09:10
Bakıda uşaq evində böyüyən 4-cü sinif şagidri itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Belə ki, 2019-cu ildən 1 saylı uşaq evində yaşayan, Nizami rayonundakı 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü Rzayev Mikayıl Samir oğlu fevralın 6-da təhsil aldığı məktəbdə birinci dərsdən çıxdıqdan sonra itkin düşüb.
Fakta görə Nizami RPİ-nin 24-cü PŞ-də araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.



jpg-1678433391.webp)












