• Bakı 24° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda "peredok"lu "Porsche" - VİDEO

CƏMİYYƏT

10 Mart 2023 | 11:03

Bakıda "peredok"lu "Porsche" - VİDEO

Bakıda "Porsche" markalı avtomobilin konstruksiyasına ciddi dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, 77-GD-491 dövlət qeydiyyat nişanlı maşının sürücüsü avtomobilin ön asqı sisteminə ciddi dəyişiklik edərək maşının qabağını yuxarı, arxasını isə aşağı salıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli  açıqlamasında bildirib ki, sürücünün avtomobilə bu cür müdaxilə etməsi qayda pozuntusudur:

"Avtomobilin normativ tələblərini bu şəkildə pozan sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə gözləyir. Onu da qeyd edim ki, maşın cərimə meydançasına aparılmalıdır".

/Unikal.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026