• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Oğuzda maşının qarşısına çıxan at qəzaya səbəb oldu

HADİSƏ

09 Yanvar 2024 | 00:35 | Müəllif: Subhan Mahmudov

Oğuzda maşının qarşısına çıxan at qəzaya səbəb oldu

Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub, sürücü xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Oğuz-Şəki avtomobil yolunun Oğuz şəhəri ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Səbuhi Ceyhun oğlu Adıyevin idarə etdiyi "Khodro Runo" markalı avtomobil qarşısına çıxan atı vurub.

Nəticədə at ölüb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026