• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ölkədə yüksək patogenli quş qripi aşkar edildi

DÜNYA

27 Iyun 2023 | 11:43

Ölkədə yüksək patogenli quş qripi aşkar edildi

Cənubi Afrikanın şərqində yüksək patogenli quş qripinin yayılması ilə bağlı iki hal aşkar edilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Citizen Digital” portalı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Mpumalanqa əyalətində yeni H7 ştamından 9,5 min ev quşu tələf olub. Əvvəlki H5N1 ştammı 2021-ci ildə dünyada yüz milyonlarla quşun ölümünə səbəb olmuşdu. O zaman Cənubi Afrika ilə yanaşı, yüksək patogenli quş qripinin epidemiyaları Vyetnam, İsveç və Fransada da qeydə alınmışdı.

Virus toyuqları, ördəkləri və qazları yoluxdurur, lakin vəhşi təbiətdə də quş qripinə yoluxma halları qeydə alınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026