• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Ölkədəki fövqəladə vəziyyət uzadıla bilər

DÜNYA

24 May 2023 | 13:21

Ölkədəki fövqəladə vəziyyət uzadıla bilər

Moldova hökuməti ölkədə fövqəladə vəziyyətin daha 2 ay uzadılmasını təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bildirilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Komissiyasının qərarından sonra hökumət parlamentdən fövqəladə vəziyyətin bütün ölkə ərazisində 60 gün müddətinə uzadılmasını tələb edəcək.

Qeyd edək ki, sonuncu dəfə Moldovada fövqəladə vəziyyət aprelin 5-dən başlayaraq 60 gün uzadılıb. Moldovada fövqəladə vəziyyət 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026