• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ölkəyə giriş-çıxış zamanı bu tələb ləğv edildi

CƏMİYYƏT

27 Mart 2023 | 15:28

Ölkəyə giriş-çıxış zamanı bu tələb ləğv edildi

Azərbaycanda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) ilə bağlı bəzi tələblər ləğv edilir.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, aşağıdakı hallarda COVID-19 pasportu tələbi ləğv edilir:

- xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;

- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri,

mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026