• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyəli atletlər Prezidentin dəvəti ilə Bakıya gəlir

CƏMİYYƏT

26 Aprel 2023 | 15:14

Türkiyəli atletlər Prezidentin dəvəti ilə Bakıya gəlir

İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycana dəvət olunublar.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü daxildir.

Səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR