• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polislərə tabe olmayan avtoxuliqan həbs edildi - VİDEO

CƏMİYYƏT

26 May 2023 | 14:21

Polislərə tabe olmayan avtoxuliqan həbs edildi - VİDEO

Bakının Nərimanov rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin “Chevrolet” markalı avtomobilin sürücüsü paytaxt sakini Rövşən Musayev qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün ona saxla işarəsi verilib.

Sürücü hərəkətini davam etdirərək yol polislərinə tabe olmayıb. Görülən tədbirlər nəticəsində sürücü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Nərimanov Rayon Məhkəmənin qərarı ilə sürücü Rövşən Musayev 10 sutka inzibati qaydada həbs edilib. Araşdırmalar davam etdirilir.


Polislərə tabe olmayan avtoxuliqan həbs edildi - VİDEOPolislərə tabe olmayan avtoxuliqan həbs edildi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026