Xaçmaz rayon Suvarma Sistemləri İdarəsinə yeni rəis təyinatı olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən Kamil Əliyev Xaçmaz rayon Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, bundan öncə sözügedən idarənin rəisi Vaqif Səlimov idi.
Ramid İbrahimov
















