• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Azərişıq" 6 aylıq hesabatını Hadrutda verdi

CƏMİYYƏT

25 Iyul 2023 | 13:35

"Azərişıq" 6 aylıq hesabatını Hadrutda verdi

“Azərişıq” ASC-nin təşkilatçılığı ilə paylayıcı şəbəkələrdə 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələrinə hesabat tədbiri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal Mərkəzdə baş tutan mətbuat konfransında tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev açaraq, paylayıcı şəbəkələrdə cari ilin 6 ayı ərzində həyata keçirilmiş islahatlar nəticəsində əldə edilən nailiyyətlər, ictimai, sosial və maarifləndirici fəaliyyət haqqında ümumi məlumatı media nümayəndələrinə təqdim etdi.

“İşğaldan azad olunmuş ərazilərdə tikilən yarımstansiyaların hər biri müasir tələblərə, innovasiyaya uyğundur, rəqəmsal stansiyalardır. 

Onu da bildirim ki, bu tədbir işğaldan azad olunmuş ərazilərdə keçirilən ilk hesabat tədbiridir, mətbuat konfransıdır”, - deyə V.Mustafayev bildirib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026