• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Omicron”un dəridə nə qədər qalır?

CƏMİYYƏT

28 Yanvar 2022 | 04:22 | Müəllif: Qalib İbrahimoğlu

“Omicron”un dəridə nə qədər qalır?

Yaponiyanın Kyoto Tibb Universitetinin tədqiqatçıları Uhanda yayılan koronavirusun ilk ştamı ilə onun digər ştammları arasındakı fərqləri araşdırıblar.

Bakıvaxtı.az-ın TRT Azərbaycan-a istinadən xəbərinə görə,  virusun “Alpha”, “Beta”, “Delta” və “Omikron” ştamları plastik səthlərdə və dəridə “Uhan” ştamından daha çox yaşaya bilirlər.

Tədqiqatda “Uhan” ştamının plastik səthlərdə orta ömrü 56, “Alpha” variantının 191,3, “Beta” variantının 156,6, “Delta” variantının 114, “Omikron” variantının isə 193,5 saat olub.

İnsan dərisində isə “Uhan” ştamı 8,6 saat, “Alpha” ştamı 19,6, “Beta” ştamı 19,6, “Delta” ştamı 16,8, “Omikron” ştamı isə 21,1 saat mövcudluğunu qoruyub saxlayıb.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, “Alpha”, “Beta”, “Delta” və “Omikron” ştamları spirtə qarşı bir qədər müqavimət göstərsələr də, 35 faizlik spirt məhlulu ilə təmasda olduqdan sonra bütün ştamlar 15 saniyədən sonra tamamilə təsirsiz hala gəlib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026