• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Omikron”la yoluxduqda öskürəyin forması açıqlandı

CƏMİYYƏT

01 Fevral 2022 | 21:20 | Müəllif: Subhan Mahmudov

“Omikron”la yoluxduqda öskürəyin forması açıqlandı

“Omikron” ştammı ilə yoluxma zamanı öskürək adətən sinədən deyil, boğazdan olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə immunoloq Aleksandr Palman bildirib.

Onun sözlərinə görə, “omicron” KRVİ və ya qrip əlamətləri ilə xarakterizə olunur. Palman qeyd edib ki, COVID-19-un bu ştammı ilə yoluxmanın ağciyər zədələnmələri müşayiət olunma ehtimalı azdır, olsa da daha yüngül dərəcədədir.

“Əlbəttə, “omikron”a yoluxmada öskürək ola bilər. Amma daha tez-tez boğaz ağrısı şikayətlərini eşidirəm. Yəni öskürək ağciyərdən deyil, boğazdan ola bilər”, - deyə həkim bildirib.

Pulmonoloq vurğulayəb ki, “omikron”la yoluxduqda xəstəliyin daha yüngül gedişi, zamanla koronavirusun ümumi respirator virus infeksiyasına çevriləcəyinə ümid verir.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026