• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Oranı mikrobdan təmizlədilər, sonra isə..."

MƏDƏNİYYƏT

24 Oktyabr 2022 | 09:40

“Oranı mikrobdan təmizlədilər, sonra isə..."

Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Astar” verilişində uzun illərdir küsülü olduğu Xalq artisti Faiq Ağayevdən danışıb.

Bakıvaxtı.az  verir ki, verilişin aparıcısı Ülvira Qarayeva ad çəkmədən onlar arasınsa bu qalmaqalın nə vaxtsa bitib-bitməyəcəyi ilə bağlı sual ünvanlayıb.

Dadaşovanın cavabı isə son dərəcə sərt olub: “Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026