• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ebruyla Xoşnəvinin ayrılığında Zərrabdan şok iddia

MƏDƏNİYYƏT

22 Noyabr 2022 | 17:15 | Müəllif: Qalib İbrahimoğlu

Ebruyla Xoşnəvinin ayrılığında Zərrabdan şok iddia

Ebru Gündeş son zamanlar iraqlı sevgilisi ilə bağlı xəbərlərlə gündəmə gəlib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəxsi həyatı da hər kəs tərəfindən maraqla qarşılanan Ebru Gündeşin iraqlı sevgilisi Rassan Xoşnəvi ilə evlənməyə hazırlaşdığı, daha sonra Gündeşin konsert verdiyi bir məkanda üzüyü göstərərək rəqs etdiyi iddia olundu, evlilik iddiaları bir qədər təsdiqləndi.  Ancaq nikah masasına oturacağı gözlənilən cütlükdən ayrılıq xəbəri gəldi.

Xoşnəvinin Dubayda məşhur sənətçiyə evlilik təklifi etdiyi iddiası ilə cütlüyün nikah masasına əyləşəcəyi bildirilsə də, gözlənilənlər olmadı. Belə ki, onların evlilik gözləyərkən ayrılma xəbərləri ilə bağlı təəccüblü iddialar ortaya atılıb.

Yayılan xəbərlərə görə, Ebru Gündeşlə Rassan Xoşnavın ayrılmasına səbəb Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrab olduğu öyrənilib.

Bildirilir ki, Zərrab Gündeşi evlənəcəyi təqdirdə övladına qəyyumluq edəcəyi ilə hədələyib.  Bu vəziyyəti öyrənən Gündeş evlilik qərarından vaz keçib.

Qeyd edək ki, Gündeşlə Zərrabın tək iclasla yekunlaşan boşanma davasında qızları Alaranın vəlayəti Ebruya verilib.

Ebru Gündeş hələlik iddialarla bağlı açıqlama verməyib.

Aytac Aslan


Ebruyla Xoşnəvinin ayrılığında Zərrabdan şok iddiaEbruyla Xoşnəvinin ayrılığında Zərrabdan şok iddiaEbruyla Xoşnəvinin ayrılığında Zərrabdan şok iddia
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR