• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Orucluq: Düzgün qidalanma necə olmalıdır?

CƏMİYYƏT

23 Mart 2023 | 09:06

Orucluq: Düzgün qidalanma necə olmalıdır?

Azərbaycanda  Ramazan ayı başlayıb. Bu gün Ramazanın 1-ci gunudür.

Bu il Ramazan ayı mart ayının 23-nə təsadüf edəcəyi gözlənilir. Azərbaycan üfiqində ayın martın 22-də görünəcəyi proqnozlaşdırılır.

Ramazanda oruc tutanların imsak və iftar vaxtlarinda düzgün qidalanması necə olmalıdır?

Terapevt Rasif Bağırov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, oruc müəyyən qədər insanın ənənəvi rejimindən çıxmış qidalanma variantıdır:

“İnsan orqanizmi sağlam qalmaq üçün həmin varianta uyğun qidalanma tələb edir. Çox adam elə bilir ki, axşam iftar süfrəsi açılanda səhər iftarına qədər nə qədər çox yesə, bədənlərində qida ehtiyatı o qədər çox olur. Bu tamamilə yanlış yanaşmadır. Çünki insan orqanizmi lazım olan miqdarı sovurur, qalan hissəsini piylənməyə verir. Ona görə də, insan özü öz orqanizminə ziyan verməmək üçün ac qalmış mədə-bağırsaq sistemini normadan artıq yükləyib ağır əziyyət verməkdənsə, normal şəkildə qidalanmalıdır. Səhər norma nə qədərdirsə, o qədər yesin. Axşam da, hətta normadan daha az yeməyi tövsiyə edirəm. Çünki axşam normadan bir az artıq yemək mədə-bağırsaq sisteminə ziyan edir və kökəlməyə yol açır”. 

Terapevt qeyd edib ki, normal qidalandıqda gündüz yemək yemədikləri saatları çox rahat keçirəcəklər:

“Amma iftar açılandan gecə 12-1-ə qədər yemək olmaz. Əslində, bu hal oruc tutmağın mənəvi aləminə verilən bir uyğunsuzluqdur. Əgər belə metodlara əl atırsansa, heç tutma. Tutursansa, normal qaydada tut ki, həm dini, həm də tibbi nöqteyi nəzərdən normal olsun. Normasında yeyilən qida orqanizmə ziyan verməz. Əksi olduqda həm kəkəlməyə, həm də başqa xəstəliklərin yaranmasına yol açılır”.

Aytac Aslan 

 


SON XƏBƏRLƏR

18 Aprel 2024