• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Oteldə YANĞIN: Ana və körpəsi xilas edildi - VİDEO

HADİSƏ

13 Fevral 2024 | 08:17 | Müəllif: Qalib İbrahimoğlu

Oteldə YANĞIN: Ana və körpəsi xilas edildi - VİDEO

Bakıda oteldə yanğın olub.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla məlumatına görə, yanğın Nərimanov rayonunda yerləşən oteldə baş verib.

“112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nərimanov rayonunda yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 4500 kv.m olan beşmərtəbəli otelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verdiyi müəyyən olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və 2 p.m. elektrik kabeli yanıb. Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR