Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə İrandan qeyri-qanuni yolla gətirilmiş narkotiklərin satışını təşkil edən rayon sakini Emin Əliyev saxlanılıb. Onun üzərindən və evindən 5 kiloqramdan artıq heroin aşkar edilib.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ceyhun Sadıqov, Nurlan Məmmədəliyev və Vüsal Abbasov saxlanılıblar. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


















