• Bakı 26° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Lerik və Yardımlıya nəqliyyatın hərəkəti bərpa olundu

HADİSƏ

12 Aprel 2024 | 22:18

Lerik və Yardımlıya nəqliyyatın hərəkəti bərpa olundu

Lerik rayonunda sel suları nəticəsində dağılan suötürücü borular bərpa olunub.

Lerik Rayon Fövqəladə Hallar komissiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, Lerik və Yardımlı rayonları arasında yolun bərpası istiqamətində zəruri tədbirlər görülüb. Gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində axşam saatlarında hər iki rayon istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib.

Qeyd edək ki, bu yoldan Lerik rayonunun 30-a yaxın kəndinin sakinləri istifadə edirlər.


SON XƏBƏRLƏR

18 Iyul 2025