• Bakı 35° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Bakıda zavod ərazisində yanğın  - VİDEO

HADİSƏ

12 Aprel 2024 | 17:38

Bakıda zavod ərazisində yanğın  - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

12 Iyul 2025