• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Otellər zəlzələdən zərər çəkənlərin üzünə açılıb

DÜNYA

07 Fevral 2023 | 13:47

Otellər zəlzələdən zərər çəkənlərin üzünə açılıb

Türkiyə Otelçilər Federasiyası və Aralıq dənizi Turistik Otelciler və Operatorlar Dərnəyi (AKTOB) Mədəniyyət və Turizm Nazirliyi ilə birgə zəlzələ qurbanları üçün əksəriyyəti Antalyada olmaqla ümumilikdə 9450 otaq hazırlayıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKTOB 15 min zəlzələ qurbanına otaq ayrılacağını açıqlayıb.

Qeyd edək ki, təşkilatların otaqlarının sayının artırılması istiqamətində də işlər davam etdirilir.

AKTOB prezidenti Kaan Kavaloğlu bildirib ki, təxminən, 15 min vətəndaş təbii fəlakətdən zərər çəkib: "İki güclü zəlzələnin baş verdiyi bölgələrdəki ağır iqlim və coğrafi şərait zəlzələ qurbanlarının təcili olaraq təhlükəsiz ərazilərdə sığınmasını zəruri edir. Biz zəlzələ qurbanlarının sığınacaq ehtiyaclarını qismən də olsa ödəmək üçün əlaqəmizi davam etdiririk".

Bundan başqa, zəlzələ qurbanlarının sığınacaq ehtiyaclarını qarşılamaq üçün 'https://www.otelz.com/tr/gecmisolsunturkiyem' adlı internet saytı yaradılıb. Türkiyənin hər yerində, xüsusilə zəlzələ bölgəsindəki vilayətlərdəki bir çox otel və onlara yaxın olan mehmanxanalar zəlzələdən zərər çəkənlərə pulsuz yaşayış təmin etmək üçün internet saytına üzv olub. Saytda pulsuz xidmət göstərəcək otellər adları ilə qeyd olunub. Qısa müddət ərzində 200-dən çox otel pulsuz yerləşdirmə təklif etmək üçün saytda üzvlüklər yaradıb və ayrılan otaqların sayı 1000-i ötüb. Kampaniyada iştirak edən bütün otellər internet saytında vilayətlər üzrə sıralanıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026