• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ötən ay bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

CƏMİYYƏT

15 Yanvar 2024 | 12:34

Ötən ay bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

2023-cü ilin dekabr ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətində olub.
Ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,7 faiz təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026